Putin Azərbaycan prezidentinə zəng edib- Kreml məlumat yaydı

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, Kremldən telefon söhbətinin Azərbaycan prezidentinin ad günü ilə bağlı olduğu bildirilib.

Eyni zamanda, prezidentlər Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti də müzakirə ediblər.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında, xüsusən də Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı üçtərəfli sazişlərin praktiki icrası ilə bağlı bəzi məsələlərə də toxunulub”, – Kremlin saytında yer alan məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.