Putin Qarabağla bağlı şərti açıqladı:

“5 rayon Azərbaycana verilir... Türkiyənin də hazırladığı təkliflər nəzərə alınmaqla...”
29 Oktyabr 2020 - 18:32

“Dağlıq Qarabağ münaqişəsinin həllinin birinci mərhələsi üçün hərbi əməliyyatları dayandırmaq, danışıqlar stolu arxasına keçmək lazımdır”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiya prezidenti Putin investisiya Forumunda çıxışı zamanı bildirib.

“Birinci növbədə hərbi əməliyyatları dayandırmaq lazımdır. Minsk Qrupu və həmsədr dövlətlərin, Türkiyə də daxil olmaqla Minsk Qrupunun digər iştirakçılarının hazırladığı təkliflər əsasında danışıqlar masasına oturmaq lazımdır. Bu əsasda konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar” –deyə Putin bildirib.

Onun sözlərinə görə, hər kəsin öz həqiqəti var: “Burada asan həll yoxdur. Ona görə ki, düyün çox mürəkkəbdir.Bizim mövqeyimiz açıqdır: Dağlıq Qarabağda Ermənistanla qarşılıqlı əlaqəli müəyyən zona rejimini təmin etməklə Azərbaycana 5 + 2 rayonun verilməsidir. Uzunmüddətli tənzimlənmə harda və nədədir? Hər iki tərəfi qane edəcək balans maraqlarını tapmaqda…Böyük hörmət bəslədiyimiz Azərbaycan xalqının maraqları nəzərə alındığı kimi Ermənistanın və erməni xalqının maraqları da nəzərə alınsın.

Adamlar özlərini təhlükəsizlikdə hiss etsinlər. Bununla yanaşı Azərbaycanın, Ermənistanın, Dağlıq Qarabağın effektli regional inkişafına imkan verəcək bütün infrastrukturlar üçün imkanlar yaransın”-deyə Putin vurğulayıb.