Rus ordusu hara qədər irəliləyəcək?- Putin AÇIQLADI

Ordumuz demilitarizasiya zonası Rusiya şəhərlərinin təhlükəsizliyini təmin edənə qədər Ukrayna Silahlı Qüvvələrini Ukrayna ərazisinin daha da dərinliyinə endirəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, demilitarizasiya zonası Rusiya şəhərlərinin təhlükəsizliyini təmin etməlidir: “Xətt bizim ərazimizdən elə məsafədə olmalıdır ki, təhlükəsizliyi təmin etsin. Mən Ukrayna hakimiyyətinin dinc şəhərləri atəşə tutmaq üçün istifadə etdiyi, ilk növbədə xaricdə istehsal olunan, uzaqmənzilli silahı nəzərdə tuturam”.

Putin əlavə edib ki, mülki əhalinin təhlükəsizliyi Rusiya əsgərləri üçün əsas məqsəddir: “Müharibə edən və həyatlarını riskə atan döyüşçülərimizin əsas məqsədi budur: Vətəni qorumaq, xalqımızı qorumaq”.

BMT-nin qəbul etdiyi qaydaya görə, demilitarizasiya zonası beynəlxalq və ya daxili qanunlar çərçivəsində bütün hərbi obyektlərin ləğv edildiyi, hərbi birləşmələrin yaradılmasının qadağan edildiyi, istehkam və müdafiə xətlərinin yaradılmasının qadağan edildiyi ərazidir.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub

Sonrakı məqalə

Hərbi toplanışların keçirilməsi qaydası dəyişir