“Rusiya prezidenti Vladimir Putin ölkənin və rusların maraqlarını nəzərə alaraq növbəti prezident seçkiləri üçün namizədliyini irəli sürür”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Federasıya Şurasının sədri Valentina Matvienko bildirib.
Onun sözlərinə görə, Rusiya lideri heç vaxt məsuliyyətli qərarlardan yayınmayıb: “Prezidentimiz heç vaxt məsuliyyətli qərarlardan çəkinməyib. Bu gün bunu bir daha təsdiqlədi. O, tarixi seçim və tarixi çağırış məqamında ölkənin və vətəndaşların maraqlarından çıxış edərək fəaliyyət göstərməyə hazır olduğunu təsdiqləyib. Əminəm ki, Vladimir Vladimiroviç bu bəyanatı ilk növbədə, rusların iradəsini və ruhunu nəzərə alaraq, onların real tələbi əsasında verib”.
Matvienkonun fikrincə, müxtəlif sosioloji sorğuların nəticələri göstərir ki, ölkədə birlik və vətəndaş sülhü prezidentin ətrafında formalaşır və ruslar bunu başa düşürlər.
Matvienko əlavə edib ki, o, Rusiya liderini tam dəstəkləyir.
Azpost.info