“Rusiya prezidenti Vladimir Putin sosial şəbəkələrdə şəxsi hesablar açmaq fikrində deyil”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinq zamanı bildirib.
Peskovun sözlərinə görə, böyük siyasətçilər arasında auditoriya ilə qarşılıqlı əlaqənin bu formatının populyarlığının artmasına baxmayaraq, Rusiya prezidenti sosial şəbəkələrdə hesab açmağı planlaşdırmır.
Qeyd edək ki, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni “TikTok”da şəxsi hesab açıb. O bildirib ki, sosial şəbəkəyə partiyasının qatılacağı parlament seçkiləri ərəfəsində gənc auditoriya toplamaq üçün gəlib.
Azpost.info