Putin süni intellektdən “Yeni il nağılı” istəyib

Rusiya prezidenti Vladimir Putin süni intellektdən “Yeni il nağılı” istəyib.

Azpost.info xəbər verir ki, Putin bu xahişini Moskvada tematik sərgidə səsləndirib.

Süni intellekt tapşırığın öhdəsindən gəlib və nağılı dövlət başçısına təqdim edib.

Yayımlanan kadrlardan da göründüyü kimi, süni intellekt Şaxta baba və Qar qızın macəralarından bəhs edən nağıl tərtib edib. Sərginin müəllifləri süni intellektdən bunu səsləndirməyi xahiş ediblər.

Sərgidə prezidentə süni intellektin inkişafı sahəsində əldə olunan nailiyyətlərdən danışılıb. Bildirilib ki, o, nəinki nağıl hazırlamağa, hətta obrazlar yaratmağa da qadirdir. O, uşaqlara dərs verə və elmi fərziyyələr irəli sürə bilər.

Azpost.info

Əvvəlki məqalə

“Ümid edək ki, yeni “dəmir pərdə” yaranmayacaq”

Sonrakı məqalə

SPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət basçılarının şərəfinə rəsmi nahar verilib