Putin Səudiyyə kralının vəliəhdi ilə telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.

Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Hər iki tərəf Rusiya və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan dostluq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib”, – bəyanatda deyilir.

“Siyasi, ticarət-iqtisadi və enerji sahələrində Rusiya-Səudiyyə əməkdaşlığının bir sıra aktual məsələlərinə toxunulub. Enerji bazarında sabitliyin təmin edilməsi üçün OPEC Plus çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd edilib”- deyə məlumatda bildirilir.

Müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi razılaşdırılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.