Putin taxıl sazişinin icrasına verdiyi töhfəyə görə Ərdoğana təşəkkür edib

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna limanlarından taxıl ixracına dair əldə olunan razılaşmaların həyata keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.

Rusiya prezidenti ŞƏT sammiti çərçivəsində Səmərqənddə keçirilən görüş zamanı Ərdoğana taxıl sazişinin həyata keçirilməsinə görə təşəkkürünü bildirib.

“İlk növbədə, ərzaq proqramının həyata keçirilməsinə verdiyiniz töhfəyə görə sizə bir daha təşəkkür etmək istərdim, siz bu gün bunu da qeyd etdiniz, mən Ukrayna taxılının ixracını nəzərdə tuturam”, – deyə Putin qeyd edib(apa).

Əvvəlki məqalə

Daha 234 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

Sonrakı məqalə

Səmərqənddə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub