“Putin nüvə silahından istifadəni heç vaxt qarşısına məqsəd qoymayıb”- Belarus Prezidenti

“Rusiya prezidenti Vladimir Putin Ukraynada nüvə silahından istifadəni heç vaxt qarşısına məqsəd qoymayıb”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko NBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya hakimiyyətinin nüvə başlıqlarından istifadə etməsinə ehtiyac yoxdur.

“Rusiya nüvə başlıqlarının istifadəsi məsələsində öz mövqeyini açıq şəkildə ifadə edib. Allah eləməsin, ərazisinə hücum olarsa, Rusiya bütün növ silahlardan istifadə edə bilər”, – Belarus lideri qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Astanada “Mərkəzi Asiya-Rusiya” sammiti başlayıb

Sonrakı məqalə

Əli Əliyev barəsində yeni cinayət işi üzrə məhkəmə başlayır