Rusiya prezidenti Vladimir Putin “Birincilər hərəkatı” uşaq və gənclərin qurultayının bağlanışında iştirak edib.
Azpost.info xəbər verir ki, tədbir “Rusiya” sərgi-forumunda baş tutub.
Putin gənclərə və uşaqlara müraciət edib, həmçinin səhnədən Rusiya himnini ifa edib.
Rusiya lideri növbə ilə mikrofonu xor üzvlərinə verib, sonra özü də oxuyanlara qoşulub. Yayımlanan kadrlardan görünür ki, Rusiya himni təkcə səhnədə deyil, zalda da oxunub.
Azpost.info