Putin və Ərdoğan Qarabağdakı vəziyyəti müzakirə etdilər –

Ərdoğan "Ermənistan Qarabağdan çıxmalıdır" dedi
08 Noyabr 2020 - 00:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Anadolu Agentliyi xəbər verir ki, telefon danışığında Türkiyə-Rusiya əlaqələri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları başda olmaqla, bölgədəki vəziyyət müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon söhbətində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyini diqqətə çatdırıb.