Putin və Ərdoğan regional məsələləri müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub.

Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib.

Bildirilib ki, Rusiya və Türkiyə arasında ticarət dövriyyəsində rekord artım qeydə alınıb:

“Birgə enerji layihələrinin, ilk növbədə qaz sənayesində həyata keçirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb. “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin İstanbulda keçirilən son danışıqlarının nəticələrini nəzərə alaraq, Türkiyədə regional qaz qovşağının yaradılması təşəbbüsü ilə bağlı fikir mübadiləsi davam etdirilib. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı və Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracı ilə bağlı iyulun 22-də imzalanmış İstanbul sazişlərinin icrası nəzərdən keçirilib”.

Qeyd edilib ki, Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı prinsipial qiymətləndirmələrini açıqlayıb: “2019-cu il Rusiya-Türkiyə Soçi Anlaşma Memorandumunun müddəalarına əməl olunması kontekstində Suriya nizamlanması məsələsinə də toxunulub. Bununla bağlı iki ölkənin müdafiə və xarici işlər nazirlikləri sıx təmasları dəstəkləyəcək”.

Əvvəlki məqalə

Qazaxda sərhədçi əsgərimiz həlak oldu –

Sonrakı məqalə

Azərbaycanın sabiq baş naziri partiyanın sədri seçilib –