Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə Qarabağdakı vəziyyəti müzakirə edib.
Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O deyib ki, Rusiya Prezidenti Vladimir Putin martın 24-də və 25-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon danışığı zamanı Qarabağda vəziyyəti müzakirə edib.