Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli məsələləri müzakirə edəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya və Türkiyə prezidentləri regional gündəliyi və Ukraynadakı vəziyyəti də müzakirə etməyi planlaşdırırlar”, – Peskov deyib.
O qeyd edib ki, Rusiya ilə münasibətlərə görə Qərbin təzyiqlərinə baxmayaraq, Türkiyə dövləti öz suverenliyini qoruyub saxlayır.
Azpost.info