“Hakimiyyət ictimai məkanda, o cümlədən reklam və mediada əcnəbi sözlərin istifadəsini məhdudlaşdırmağa yönəlmiş qanun layihəsini dəstəkləməyə hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Təşəbbüs Rusiya Dumasının Mədəniyyət Komitəsinin sədri Yelena Yampolskayanın başçılıq etdiyi bir qrup deputat tərəfindən irəli sürülüb. Əsas məqsəd bütün Rusiyada, xüsusən də ictimai yerlərdə əcnəbi sözlərin istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqdır.
Təşəbbüs müəlliflərinin fikrincə, bu yolla rus dilini qorumaq olar.
“Əlbəttə, qanun layihənizi dəstəkləyəcəyik. Mən sadəcə təfərrüatları bilmirəm, amma biz, əlbəttə ki, baxacağıq”, – prezident Yampolskayanın sorğusuna cavab verib.
Eyni zamanda, Putin ifrata varmamağın vacibliyini vurğulayıb: “Biz həmişə və ya tez-tez hansısa ifrata varırıq, heç də həmişə praqmatizm çatışmır. Harada olursa olsun, ən yaxşısını götürməkdən utanmamalıyıq”.
Azpost.info