Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də ad gününü öz iş yerində keçirəcək.
Azpost.info xəbər verir ki, bunun Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Putinin bir sıra qapalı görüşlərinin planlaşdırıldığını deyib.
“Xüsusi heç nə olmayacaq. Günün birinci yarısında həm qapalı, həm də ictimai olmayan iş görüşləri olacaq. Axşam MDB dövlət başçıları prezidentin yanında olacaqlar”, – Peskov bildirib.
Qeyd edək ki, oktyabrın 7-də Rusiya liderinin 72 yaşı tamam olur.
Azpost.info