“Putinin başladığı müharibə dəlilikdir…Danışacağam” –Alla Puqaçovadan Kremlə ultimatum

Rusiyalı estrada ulduzu, xalq artisti Alla Puqaçova müharibə əleyhinə mövqeyinə görə Rusiyada sıxışdırılan əri Maksim Qalkini müdafiə etməyə hazır olduğunu bəyan edib.

Azpost.info xəbər verir ki, bu barədə sənətçinin ailə dostu, rusiyalı publisist Marat Gelman məlumat verib.

“Puqaçova dedi ki, Maksimə qarşı cinayət iş başlasa, o zaman danışmağa başlayacaq və dayanmayacaq”, – Gelman deyib. O, həmçinin əlavə edib ki, Puqaçova Ukraynadakı müharibə barədə sussa da, ukraynalıları dəstəkləyir: “Alla Puqaçova Putinin başlatdığı müharibəni dəlilik hesab edir. Lakin o, hələ onun rejiminə qarşı mübarizə aparmağa hazır deyil”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərində Alla Puqaçova Maksim Qalkin və uşaqları ilə birlikdə İsrailə gedib. Qalkin oradan informasiya müharibəsi aparır və Ukraynadakı müharibə ilə bağlı həqiqətləri danışır. Sərt anti-müharibə mövqeyinə görə artıq Rusiyada ona qeyri-rəsmi qadağa qoyulub. Qalkin altı il işlədiyi “Birinci kanal”dan qovulub. Həmçinin bütün konsertləri ləğv edilib. Bundan başqa, Rusiyada ona qarşı cinayət işi başlamaq istəyirlər. Hazırda İsraildə olan Qalkin konsertlərə hazırlaşdığını və əldə etdiyi gəlirin bir hissəsini ukraynalı qaçqınlara kömək üçün köçürəcəyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Ərzaq bahalaşıb, inflyasiya kəskinləşib” –

Sonrakı məqalə

“Rus xalqı “kollektiv Putindir”, rejimi devirəcəyinə inanmaq yanlışdır” –