Putinin Berluskoniyə hədiyyəsi qalmaqal yaratdı

“Rusiya prezidenti Vladimir Putin İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoniyə 20 şüşə araq hədiyyə etməklə Avropa İttifaqının sanksiyalarını pozmuş ola bilər”.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasından bildiriblər.

“İndi bunun həqiqətən qanun pozuntusu olub-olmadığını öyrənmək İtaliya hakimiyyətinin səlahiyyətində olacaq”, – DP agentliyi yazır.

Avropa Komissiyası 2022-ci ilin aprelində Rusiyadan araq və bu kimi spirtli içkilərin Aİ-yə idxalına qoyulan qadağanın uzadılmasına qərar verildiyinə diqqət çəkib. Eyni zamanda, müvafiq qanunvericilik bazası hədiyyələrlə bağlı istisnaları nəzərdə tutmur.

Berluskoni rəhbəri olduğu “İrəli, İtaliya” partiyasının deputatları ilə qapalı görüşdə demişdi ki, sentyabrın 29-da ad günündə Rusiya liderindən 20 şüşə araq alıb və Putin onu beş həqiqi dostundan birincisi adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə prezidentləri Zəngilan aeroportunun açılışını edib

Sonrakı məqalə

“Sovet vaxtı mənə Türkiyəyə getməyə icazə vermirdilər” –