Putinin hansı avtomobildən istifadə etdiyi açıqlanıb

Rusiya prezidenti Vladimir Putin işgüzar səfərləri üçün xarici avtomobillərdən istifadə etmir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federal Mühafizə Xidmətinin nümayəndəsi Denis Simonov bildirib.

Onun sözlərinə görə, son altı ildə dövlət başçısı Rusiya istehsalı olan “Arus” limuzinindən istifadə edir.

“Qarajın əksəriyyəti yerli istehsal olan avtomobillərdən ibarətdir. Xarici avtomobillər var, amma dövlət başçısı onlardan istifadə etmir və onlar müəyyən yürüş çatdıqdan sonra qarajı tərk edəcəklər”, – o deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.