“Rusiya prezidenti Vladimir Putinin seçki kampaniyası de-yure hələ başlamayıb”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“De-fakto bəli, de-yure yox. O, hələ ki, namizəd kimi qeydə alınmayıb”, – Peskov deyib.
Onun sözlərinə görə, Putin ilk növbədə seçkilərdə namizəd kimi qeydiyyatdan keçməli və bütün rəsmi prosedurları tamamlamalıdır.
Azpost.info