Putinin təyyarələri təhlükəsizdirmi?- Kremldən AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin təhlükəsiz və xüsusi texniki xidmətdən keçən yerli təyyarələrdən istifadə edir.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.

Peskov İran prezidenti İbrahim Rəisinin helikopterin qəzaya uğraması və Malavi vitse-prezidenti Saulos Çilimanın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmasını şərh edib.

“Rusiya prezidenti yerli təyyarələrdən istifadə edir, onlar çox etibarlı təyyarələrdir”, – Peskov bildirib.

O, prezidentin uçduğu helikopter və təyyarələrə xüsusi texniki xidmət göstərildiyini qeyd edib: “Ciddi şəkildə əməl olunan çox ciddi standartlar var”.

Qeyd edək ki, ötın ayən sonlarında İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslər, bu gün isə Malavi vitse-prezidenti aviaqəzada həyatını itirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.