Qarşıdan gələn növbədənkənar seçkilərdə Almaniya Sosial Demokrat Partiyasından namizəd olan Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.
Azpost.info xəbər verir ki, Şolts bu barədə ZDF telekanalına müsahibəsində deyib.
O, jurnalistin Rusiya lideri ilə telefon danışığının seçki kampaniyasının tərkib hissəsi ola biləcəyi ilə bağlı sualına mənfi cavab verib.
“Xeyr bu, seçki kampaniyasının bir hissəsi deyil. Vətəndaşlar buna daha ciddi yanaşırlar, bunu etmək lazım olduğunu düşünürlər. Danışıqları davam etdirəcəyəm, çünki bu ölkəni Avropada və dünyada təmsil edirəm. Əmin olmalıyam ki, biz sülh və təhlükəsizliyə gəldikdə çox məsuliyyətli davranırıq. Bunlar çox ciddi şeylərdir, burada heç nə qaçırılmamalıdır”, – Şolts qeyd edib.
Azpost.info