“Siyasi böhran və Vladimir Putinlə dostluq münasibətləri kontekstində Rusiya ilə əlaqələri davam etdirəcəyəm.
Azpost.info xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder RTL/ntv telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Ukraynadakı vəziyyəti danışıqlar yolu ilə həll etmək olar və Kreml buna hazırdır. Lakin Avropa ölkələri, o cümlədən Berlin və Paris təmaslar üçün əlverişli deyil.
Ukrayna və Rusiya arasındakı böhranda danışıqlar yanaşmasına misal olaraq o, mart ayında İstanbulda keçirilən görüşü göstərib.
“Mən hökumətdə vasitəçilik işini heç kimin əlindən almaq istəmirəm. Bəs niyə hüquqi cəhətdən mümkün olan, məni və ailəmi təhdid etməyən danışıqları dayandırmalıyam?”, – Şröder deyib.
Kremllə sıx təmas mövzusunda ona qarşı irəli sürülən ittihamlardan danışan eks-kansler Moskva ilə münasibətlərdə hər hansı qırılmanın mümkünlüyünü istisna edib: “Vladimir Putindən uzaqlaşma həqiqətən kiməsə xeyir verə bilərmi? Mən müəyyən qərarlar vermişəm və onları dəstəkləyirəm. Bəlkə yenə faydalı ola bilərəm. Buna görə niyə üzr istəməliyəm?”.
Azpost.info