“Putinlə Rəisi arasında çox gərgin danışıqlar getdi”- Kremldən AÇIQLAMA

“Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı İbrahim Rəisi bir gün əvvəl çox gərgin danışıqlar aparıblar”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlər Fələstin-İsrail münaqişəsini və çoxşaxəli ikitərəfli tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

“Çox gərgin danışıqlar getdi. Əsas məsələlər prezidentlərin məhdud tərkibdə keçirilən görüşün əvvəlində verdiyi bəyanatlarda öz əksini tapıb. Bu, təbii ki, Fələstin-İsrail münaqişəsi ilə bağlı fikir mübadiləsidir. Bunlar həm də ikitərəfli münasibətlərdir”, – Peskov deyib.

Putin və Rəisi arasında dekabrın 7-də Moskvada baş tutan danışıqlar ən azı beş saat davam edib. Ölkə liderləri həm ikitərəfli, həm də beynəlxalq mövzuları müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

“Xəstəliyimlə ilə bağlı məsələni heç kimə deməmişəm” –

Sonrakı məqalə

“Türkiyə və Yunanıstan öz problemlərini həll edəcək iradəyə sahibdir”