Putinlə Ərdoğan arasında telefon söhbəti olub- Nələr müzakirə olunub?

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Məlumata görə, Putin və Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti, Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya və Ukraynanın insan haqları üzrə komissarlarının əsir və yaralılarla bağlı Ankaradakı son təmaslarını müzakirə ediblər.

Liderlər “taxıl sazişi”nin gedişatını da nəzərdən keçiriblər, həmçinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması ətrafında danışıblar. Eyni zamanda Suriya nizamlanmasının təşviqi üzrə Astana prosesi çərçivəsində Rusiya, Türkiyə və İranın birgə işinin praktiki əhəmiyyətini qeyd ediblər.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın sanksiyalarına məruz qalmağıma şadam”

Sonrakı məqalə

“Qəbələ”nin baş məşqçisi: “Bir mövqeni mütləq gücləndirməliyik”-