“Putinlə dostluq edən sabiq kansler Şröderin maaşı kəsilsin” –Almaniyanın maliyyə naziri

“Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiya ilə davam edən biznes əlaqələrinə görə dövlət maliyyəsindən məhrum edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.

“Biz lazımi nəticələr çıxarmalıyıq. Onun ofisinin xərcləri vergi ödəyicilərinin hesabına ödənilməməlidir” – , nazir bildirib. Onun sözlərinə görə, bir vaxtlar ən yüksək vəzifələrdə çalışan, lakin indi açıq-aşkar cinayətkar hökumətlərin tərəfini tutan biri Almaniya dövlətinin dəstəyinə arxalana bilməz.

Fevral ayında məlum olmuşdu ki, Gerhard Şröderin ofisi 2021-ci ildə işçilərin maaşını ödəmək üçün Almaniya dövlət büdcəsindən 407 min avro alıb. Almaniyada keçmiş kansler və keçmiş prezidentlərə Berlində ömürlük bir neçə işçisi olan şəxsi kabinet, həmçinin xidməti avtomobil və sürücü verilir. Bütün bu xərclər dövlət büdcəsindən maliyyələşdirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.