“Qələbə günündə Moskvada görüşənədək!”– Medvedevdən İlon Maska CAVAB

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev amerikalı iş adamı İlon Maskın Donbasda Artyomovsk istiqamətində vəziyyətlə bağlı sualına “Tviter”də cavab verib.

Azpost.info xəbər verir ki, Medvedev Maska cavab olaraq “Qələbə günündə Moskvada görüşənədək!” yazıb.

Qeyd edək ki, Medvedev Liz Trasın Britaniyanın Baş naziri postundan istefa verməsini “Əlvida, əlvida, təbriklər, kahı salatı” sözləri ilə şərh etmişdi. Mask buna cavab olaraq Medvedevə “Açığı, çox yaxşı “trollinqdir”” demiş və Artyomovsk vilayətindəki xüsusi əməliyyat zonasında vəziyyətə işarə edərək “Yeri gəlmişkən, Baxmutda işlər necədir?” sualını vermişdi.

“Daily Star” tabloidi bir həftə əvvəl kahının qarşısında veb-kamera quraşdıraraq yazmışdı ki, onun ömrü Liz Trasın hakimiyyətindən daha uzun sürəcək. Medvedevin paylaşımındakı məlum ifadə də bununla bağlı idi.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycandakı görüş bir-birimizi tanımaq üçün fürsətdir” –

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb –