Qərb BRİKS-ə görə Qlobal Cənub ölkələrinə ciddi güzəştlərə getməli olacaq.
Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri yazır.
Müəlliflərin fikrincə, bu, Qərb dövlətləri üçün beynəlxalq aləmdə öz reputasiyalarını xilas edə biləcək yeganə yoldur.
“Qlobal Cənub ölkələrində hiddət artır. Bunu dayandırmaq üçün Qərb real güzəştlərə getməli və imtiyazlardan imtina etməli olacaq”, – “Spiegel” qeyd edir.
Nəşr əlavə edib ki, getdikcə daha çox ölkə BRİKS-ə qoşulur və indi assosiasiya təkcə əhalinin sayına görə deyil, həm də iqtisadi parametrlərə görə Böyük Yeddilikdən (G7) xeyli üstündür. Müəlliflərin fikrincə, Qərb bu çağırışa ciddi yanaşmalı və inkişaf etməkdə olan ölkələrlə bərabər şərtlərdə münasibətlər quraraq, onların problemlərinə ciddi yanaşaraq öz siyasi mədəniyyətini inkişaf etdirməlidir.
Azpost.info