“Qərb Kiyevə milyardlar versə də Rusiyanı geri oturda bilməyəcək” –Putinlə müsahibə alan Taker

“Putin çox bacarıqlıdır. Rusiya dünyanın ən böyük ərazisidir və dil, mədəni və dini baxımdan çox müxtəlifdir. 24 il belə bir ölkəni idarə etmək çətindir. Ona görə də bacarıqsız adam bunu edə bilməz”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti ilə müsahibə almış ABŞ jurnalisti Taker Karlson Dubayda keçirilmiş Dünya Hökumətləri Sammitində çıxışı zamanı deyib.

Taker deyib ki, Ukrayna ordusu, Qərbin yüz milyardlarla dollar dəstəyi olsa belə, Rusiya ordusunu geri sıxışdıra  bilməyəcək. “Ukraynanın belə sənaye imkanları yoxdur. Eyni sözləri NATO və ABŞ haqqında da demək olar. Onların kifayət qədər insanı yoxdur. Rusiyanın əhalisi Ukraynadan 100 milyon nəfər çoxdur”, – Taker vurğulayıb.

Karlsonun fikrincə, Rusiyanın sənaye potensialı Qərbin düşündüyündən qat-qat böyük olub. “Nüvə silahı olan yanacaqdoldurma məntəqəsi” adlandırılan” ölkə NATO-dan fərqli olaraq raket və mərmi istehsal edir”.

Onun sözlərinə görə, Qərbin Ukraynaya davamlı dəstəyi yalnız ukraynalıların daha çox ölümünə və Qərb iqtisadiyyatının, xüsusi ilə ABŞ və Almaniyanın  daha da deqradasiyasına səbəb olacaq: “Odur ki, bu, sadəcə ümidsiz iş yox, özünü məhv etməkdir. Bu qəddar dəlilikdir. Bu, bütöv bir ukraynalı nəslinin qətlində şərikli iştirakdır. Bu, tamamilə aydındır. Heç bir ləyaqətli adam bunu inkar etməyəcək”, – deyə jurnalist vurğulayıb.

“Əvvəllər heç vaxt olmadığım, 13 milyon əhalisi olan Avropanın ən böyük şəhəri olan Moskvanın ölkəmdəki hər hansı bir şəhərdən daha gözəl olması məni şoka saldı. Mənim bu barədə təsəvvürüm belə  yox idi”, – Karlson vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Bakıda ana 4 yaşlı uşağını küçədə ataraq gedib

Sonrakı məqalə

ABŞ-ın müdafiə naziri xəstəxanadan buraxılıb