“Qərb münaqişənin həlli ilə bağlı təklifimizin mahiyyətini araşdırmaq istəmədi”- PUTİN

Qərb ölkələrinin liderləri Rusiyanın Ukraynadakı hərbi münaqişənin həlli ilə bağlı təklifinin mahiyyətini araşdırmaq istəməyiblər.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Münaqişənin dayandırılması və onun siyasi və diplomatik həllinə keçilmısi barədə təkliflərimizin mahiyyətini araşdırmaq istəmədilər”, – Putin deyib.

İyunun 14-də Putin Ukraynada müharibəyə son qoymağın şərtlərini açıqlayıb. O, Kiyevdən Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən qoşunları çıxarmağı tələb edib.

“Onlar Kiyevdə belə bir qərara hazır olduqlarını bəyan edən və bu bölgələrdən qoşunların real çıxarılmasına başlayan kimi, həmçinin NATO-ya daxil olmaq planlarından imtina barədə rəsmi məlumat verən kimi, bizim tərəf dərhal atəşi dayandırmaq və danışıqlara başlamaq əmri verəcək” – Putin bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Putinlə dialoqu davam etdirməyə hazıram”

Sonrakı məqalə

Ədliyyə nazirinə yeni müşavir təyin edilib