“Qərb Zəngəzurla bağlı rəsmi bəyanatı ciddi qəbul edib” –Sabiq nazir diplomatla söhbətin detallarını açıqladı

“Bir neçə gün əvvəl Qərb ölkələrinin birinin diplomatı ilə danışdım. Söhbət sual-cavab xarakteri daşıyırdı. Sualların strukturu göstərdi ki, münaqişədən sonrakı nizamlama prosesində Qərb iştirakını gücləndirmək niyyətindədir”.

Azpost.info bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meta-da yazıb.

Onun sözlərinə görə, Qərbdə belə bir yanaşma var ki, Ermənistan heç bir halda Şərqi Zəngəzurdakı postmünaqişə prosesinin iştirakçısı ola bilməz: “Qərbdə Azərbaycanın Qərbi Zəngəzur və Göyçə mahalı ilə bağlı tarixi ədalətin bərpası mövzusunu münaqişədən sonrakı nizamlanmanın gündəliyinə daxil etməyə hazır olduğu barədə verilən rəsmi bəyanatlar çox ciddi qəbul edilir”.

T.Zülfüqarovun qənaətincə, Ermənistan Xarici İşlər Nazirliyinin səfəri zamanı qaldırılan məsələlər, o cümlədən müşavir Sallivanın görüşləri ilə bağlı ABŞ diplomatiyasının aktivləşməsi müvəqqəti xarakter daşıyır və çox güman ki, ciddi nəticələr verməyəcək.

“Hesab edirəm ki, Azərbaycanın “Zəngəzur” siyasi ritorikası artıq “dividendlər” gətirməyə başlayıb və güclənərsə, status mövzusu ilə bağlı erməni spekulyasiyalarını tamamilə neytrallaşdıra bilər”-deyə sabiq nazir bildirib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Yaponiyaya balıq tutmağa icazə verməyəcək –

Sonrakı məqalə

Azərbaycanda 20 min alim var –