Qətər, ABŞ və HƏMAS-ın nümayəndə heyətləri Qəzzada atəşkəsin yaradılması üzrə danışıqların növbəti raundunda iştirak etmək üçün Qahirəyə gəlib.
Azpost.info xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, tərəflər danışıqları məntiqi nəticəyə çatdırmağı və hərtərəfli atəşkəs sazişi bağlamağı planlaşdırırlar.
Nümayəndə heyətlərinin tərkibi barədə hələlik məlumat verilməyib.
Azpost.info