Qəzada həlak olmuş digər 22 nəfərin cənazələri zəruri tədbirlər bitdikdən sonra ölkəyə gətiriləcək

Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlər görülür.

Bu barədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında bildirilib.

Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Əvvəlki məqalə

Qəzadan qəlpə yarası ilə qurtulan sərnişin danışdı

Sonrakı məqalə

Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib