Qəzaya düşən maşına kömək üçün gələnlər 40 min dollar oğurladılar

Bakıda avtomobildən 40 min dollar oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Araşdırmalar zamanı məlum olub ki, oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində Beytulla Babayevin sürdüyü “Range Rover” ilə A.Məhərrəmovun idarə etdiyi “Kia” toqquşub. Nəticədə “Kia”da olan sərnişinlər, Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib.

Nardaran sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov maşındakı şəxslərə köməyə gələrkən qəzaya uğrayan avtomobildə pul olduğunu görüblər. Onlar yol polisinin Kürdəxanıdakı dayanacağınadək evakuatorla aparılan əzilmiş maşını təqib ediblər və dayanacaqda avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.

 

Əvvəlki məqalə

“Bizdə istinadla bağlı monitorinq aparmaq üçün proqram təminatı var” –

Sonrakı məqalə

Azərbaycanın ABŞ-dakı səfirliyinin atəşə tutulan avtomobilinin