AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin göyərtəsində ilkin məlumatlara görə, 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub.
Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən 5 ekipaj üzvü olub. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfəri xəstəxanaya çatdırılıb. Ümumilikdə, 150 canlı qüvvə, 45 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb edilib”, – Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Azpost.info