Tərəflər Qəzza zolağında ən azı bir ay davam edəcək və İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan yeni humanitar fasilənin tətbiqini müzakirə edirlər.
Azpost.info xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan Qərb diplomatının sözlərinə görə, humanitar fasilədən sonra daimi atəşkəs əldə oluna bilər.
“Ərəb ölkələri atəşkəsin təmin edilməsi və girovların azad edilməsi təşəbbüsünü müzakirə edirlər. Bu, İsrailə Səudiyyə Ərəbistanı da daxil olmaqla ərəb və müsəlman dövlətləri ilə münasibətlərin normallaşdırılmasını təklif edə biləcək daha böyük planın bir hissəsidir”, – başqa mənbə bildirib.
Münasibətlərin normallaşmasının şərti İsrailin Fələstin dövlətinin yaradılmasına razılıq verməsidir.
Azpost.info