Qəzzada atəşkəs razılaşması ertələnib – SƏBƏB

Qəzzada atəşkəs
Qəzzada atəşkəs

Qəzzada atəşkəs razılaşması ertələnib. AzPost-un APA-ya istinadla xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

İsrail Ordusunun sözçüsü Daniel Hagari mətbuat konfransında bildirib ki, HƏMAS razılaşmaya əməl etmədiyi üçün İsrail Ordusu Qəzzaya zərbələr endirməyə davam edəcək: “Bu səhərə kimi HƏMAS öz öhdəliklərini yerinə yetirməyib və razılaşmaya zidd olaraq bu gün azad edilməsi planlaşdırılan girovların adlarını İsrailə təqdim etməyib. Baş nazir Binyamin Netanyahunun göstərişinə əsasən, HƏMAS öz öhdəliklərini yerinə yetirməyinə qədər atəşkəs qüvvəyə minməyəcək. HƏMAS razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirənə qədər İsrail Ordusu Qəzza zolağına zərbələr endirməyə davam edəcək”.

***

saat 10.41

Razılaşmaya əsasən yerli vaxtla saat 08.30-də Qəzza zolağında atəşkəs qüvvəyə minməli olsa da, hələ də HƏMAS azad ediləcək israilli girovların siyahısını təqdim etməyib. Bu barədə “The Times of Israel” məlumat yayıb.

Bu gün HƏMAS-ın 3 israilli qadın girovun siyahısını təqdim etməli idi.

Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Binyamin Netanyahu HAMAS-ın azad ediləcək girovların siyahısını təqdim etməyəcəyi halda atəşkəsin həyata keçirilməyəcəyini bəyan edib.

 

***

saat 10.30

Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma qüvvəyə minib. İsrail və HAMAS arasında Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma yerli vaxtla saat 08:30-da qüvvəyə minib.

***

saat 09.03

İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Filadelfiya dəhlizinə çəkilməyə başlayıb. Bu barədə “Yerusalem Post” məlumat yayıb.

İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Misirlə-Qəzza zolağının sərhədi boyunca Filadelfiya dəhlizinə çəkilir.

Qeyd edək ki, Qəzzada atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşmanın bu gün yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilir.

HƏMAS  israilli girovların siyahısının İsrailə təhvil verilməsinin texniki səbəblərdən gecikdiyini aşıqlayıb. Bildirilib ki, qrupun əməliyyat bölmələri arasında əlaqə fiziki olaraq kuryerlər vasitəsilə həyata keçirilib və bu, İsrailin davam edən hava hücumları fonunda girovların siyahısının tərtibində gecikmələrə səbəb olub.

Səudiyyə Ərəbistanın “Al Hadath” telekanalı HAMAS-ın israilli girovların siyahısını yaxın saatlarda İsrailə təqdim etməyi planlaşdırdığı barədə məlumat yayıb.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.