“Qərarları vaxtında versəydik, müharibənin gedişatı tam fərqli olardı”- BORREL

“Əgər Qərb indidən Ukraynaya yardıma yanaşmasını dəyişməsə, üç aydan sonra döyüş meydanında vəziyyət artıq həll olunacaq”.

Azpost.info xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

“İnsanların çox fərqli yanaşma tələb edən vəziyyətdə olduğumuzu başa düşmədiyini hesab etmirəm. Üç aydan sonra döyüş meydanında vəziyyət artıq həll olunacaq”, – Borrel bildirib.

Avropa hökumətlərinin başçılarına müraciət edən Borrel onları Kiyevə yardımı artırmağa çağırıb. Onun fikrincə, Avropa müharibə şəraitində yaşadığını hələ dərk etməyib.

“Bəzi ölkələrdə seçkilərin bitməsini gözləyə bilmərik. Bu siyasətin başqa bir ölçüsüdür. İndiki vəziyyətdə biz çox daha qətiyyətli və daha konkret hərəkət etməliyik. Strategiyalarımız çox, hərəkətlərimiz azdır”, – o qeyd edib.

Borrel hesab edir ki, Avropa İttifaqı Kiyevə yeni silah növlərinin tədarükü ilə bağlı daha tez qərarlar qəbul etsəydi, müharibənin gedişatı tamamilə fərqli ola bilərdi: “İki il əvvəl biz Ukraynaya dəbilqə tədarükünü müzakirə etdik, indi isə F-16 qırıcılarından danışırıq. Amma artıq iki il keçib. Əgər biz yeni silah növlərinin tədarükünə daha tez qərar versəydik, bəlkə də müharibənin gedişi başqa cür inkişaf edərdi”.

Azpost.info

Əvvəlki məqalə

Pantomima Teatrının mühasibi 332 min manatı necə mənimsədiyini danışdı –

Sonrakı məqalə

“Navalnının rus məhkumla dəyişdirilməsi üçün danışıqlar gedirdi”