Qərbin Ermənistana daha düzgün məsləhət verməsi lazımdır –HAKAN FİDAN

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Azərbaycanın Qarabağla bağlı atdığı addımların zəruriliyini həmkarına çatdırıb.

Diplomat qeyd edib ki, tərəflər bölgədə sülhün hansı şəkildə bərqərar olmasına dair fikirlərini paylaşıblar: “Bölgədə atılması lazım olan addımlar var. Xüsusən də, Qərb tərəfdaşlarımızın Ermənistana daha düzgün məsləhətlər verməsi lazımdır. Əks halda, xaricdən gələn və bölgəmizin reqllığına uyğun olmayan məsləhətlər sülh və sabitlik əvəzinə daha böyük xaos yaradar”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.