“Qəzzadakı girovlar dərhal azad edilməlidir”- RUSİYA XİN

“Fələstin-İsrail münaqişəsi zonasında bütün humanitar məsələlər, o cümlədən girovların azad edilməsi məsələsi təcili həll edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

“Rusiya tərəfi hərbi əməliyyatların dayandırılması və yaranmış bütün humanitar problemlərin, o cümlədən girovların azad edilməsinin təcili həllinin zəruriliyi ilə bağlı prinsipial mövqeyini təsdiqləyir”, – XİN rəsmisi bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.