“Qadağa qalxmasa, Kiyev heç nə edə bilməyəcək”- Zelenski Baydenə çağırış etdi

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydendən Rusiyadakı hədəflərə qarşı silah istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb edib.

Azpost.info xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” yazır.

“Zelenski Baydendən Rusiya ərazisindəki hərbi hədəflərə Qərb silahları ilə hücum edə bilmək üçün bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edib. Ukrayna lideri qeyd edib ki, ölkəsi bu addımı gözləyir.”, – nəşr qeyd edir.

Qəzet Ukrayna prezidentinin səbirsizliyini onunla izah edib ki, Rusiya ərazisinə dərin zərbələr olmasa, Kiyev heç nə edə bilməyəcək.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna NATO-ya daxil olsa onların hər ikisi yox olacaq”

Sonrakı məqalə

Filmlərə dəstək müsabiqəsinin nəticələri açıqlanıb