QAFAM-ın layihəsi başa çatıb

Oktyabrın 31-də “Qafqaz Araşdırmaları Mərkəzi” (QAFAM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənc alim və tədqiqatçıların fəaliyyətinin stimullaşdırılmasının dəstəklənməsi təşəbbüsləri” layihəsi başa çatıb.

Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində “Elmi tədqiqatların müasir metodologiyaları”, “Tənqidi düşüncənin gücü və imkanları”, “Problemləri həll etmə və qərar vermə”, “Yeni nəsil lider bacarıqları”, “Komanda şəklində fəaliyyətin əsasları”, “Dünyanın nüfuzlu elm mərkəzlərinin fəaliyyəti, iş prinsipləri” mövzularında 5 onlayn seminar keçirilib. Seminarlarda 20-yə yaxın gənc tədiqaqtçılar və tələbələr iştirak edib.

Təlimlər Siyasi tarix elmləri doktoru, ictimai siyasi elmlər sahəsi üzrə professor Çag Universiteti Fən Ədəbiyat fakultəsinin müəllimi, ondan artıq kitab, 100-ə ə yaxın elmi məqalə müəllifi Xaləddin İbrahimli və Çag Universiteti Sosyal Bilimlər İnstitutunun müdiri, İşlətmə (menecment) sahəsində professor, çoxsaylı kitabların, kitablarda bölümlərin və məqalələrin müəlliifi, Türkiyə televiziyalarında ictimai siyasi proqramların icmalçısı, professor, doktor Murad Koç tərəfindən aparılıb.

Gənc alim və tədiqatçıların bir qrupu ilə müsahibələr təşkil olunub, onların fikirləri ictimaiyyətə çatdırılıb, cəmiyyətin diqqətinin onların üzləşdiyi problemlərə yönəldilməsinə cəhd edilib.

Bundan başqa, professor, doktor Xaləddin İbrahimli və Murad Koç tərəfindən Gənc alim və tədiqatçıların bacarıqlarının, səriştələrinin artırılması, üzləşdiyi çətinlikləri aradan qaldırmağa kömək edəcək “Məsuliyyətli və kreaktiv yanaşma” kitabça hazırlayıb.

Kitabça Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutlarına, Gənc Alim və Mütəxəssislər Şuralarına, ali məktəblərin kitabxanalaırna təqdim ediləcək.

Əvvəlki məqalə

“Muğanbank”da sığortasız əmanətin 61 mln. manatı bir şəxsə aiddir

Sonrakı məqalə

Çin İsrailin adını onlayn xəritələrdən silib