“Qalatasaray” darmadağınla liderliyə yüksəlibTürkiyə Superliqası

Futbol üzrə Superliqasında XXVII turun daha 4 oyunu keçirilib.

Çempionluğa iddialı “Qalatasaray” səfərdə “Ankaragücü”nün qonağı olub. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kərəm Dəmirbay, Davinson Sançes və Mauro İkardi vurublar.

Bu qələbə ilə xallarını 69-a çatdıran “Qalatasaray” yenidən liderliyə yüksəlib. İkinci pillədə 67 xalla “Fənərbağça” qərarlaşıb.

Günün digər oyunlarında “Alanyaspor” “Adana Dəmirspor”la 3:3, “Qaziantep” “Samsunspor”la 1:1 hesablı heç-heçə edib, “Trabzonspor” isə “Pendikspor”a 2 cavabsız qolla qalib gəlib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.