“Qalatasaray” qələbə qazanıb –Türkiyə Superliqası

Futbol üzrə Türkiyə Superliqasında XXII tura yekun vurulub.

Son oyun günündə üç qarşılaşma keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” doğma meydanda “İstanbulspor”u qəbul edib. Görüş “Cim-Bom”un 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Sarı-qırmızılılar”ın heyətində qolları Kərəm Aktürkoğlu (2) və Mauro İkardi vurublar.

Günün digər oyunlarında “Samsunspor” “Kayserispor”a 2:0, “Rizəspor” isə “Trabzonspor”a 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 22 turdan sonra turnir cədvəlinə 57 xalla “Fənərbağça” başçılıq edir. Eyni xala malik “Qalatasaray” ikincidir. “Trabzonspor” 37 xalla üçüncü, “Beşiktaş” 36 xalla dördüncü pillələrdə qərarlaşıb

Əvvəlki məqalə

Sabahdan məktəblərdə qış tətili başlanır

Sonrakı məqalə

Gömrük Komitəsi Gürcüstanla ticarət dövriyyələrində yaranan fərqlərə aydınlıq gətirib