“Qalatasaray”ın oyunu ləğv edilib

Neftçi”nin Avropa Liqasındakı rəqibi “Qalatasaray”ın “Kasımpaşa” ilə yoxlama oyunu ləğv olunub.

Apasport.az saytının məlumatına görə, bunu “sarı-qırmızılar” açıqlayıb.

Bildirilir ki, sentyabrın 5-də baş tutması planlaşdırılan görüş keçirilməyəcək. Matçın ləğv edilməsinin səbəbləri açıqlanmır. Bu oyun Əli Sami Yen Spor Kompleksi Türk Telekom stadionunda keçirilməli idi.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir