“Qarabağ əlillərinin pensiyaları niyə kəsilib?” –Deputatdan nazirə sual

“Birinci Qarabağ müharibəsi əlillərinin pensiya təminatı ilə bağlı məsələ illərdir davam edir. Son illər bir neçə Birinci Qarabağ müharibəsi əlilinin pensiya təminatı dayandırılıb. Onlar narazılıqlarını bildirirlər”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, həmin vətəndaşlar əlilliyinin dayandırlması ilə bağlı yenidən müraciət etdikdə, onlara mənfi cavab verilir: “Mümkündürmü ki, həmin vətəndaşlar onlyan şəkildə deyil, əyani qəbul olunsun və əlillikləri bir daha dəyərləndirilsin. Nəyə görə əlillikləri dayandırılıb, birbaşa izah olunsun”.

Komitə sədri Musa Quliyev isə qeyd edib ki, şikayət varsa, əyani şəkildə əlilliyin təyinatı üçün görüşlər aparılır: “Bəlkə seçiciləriniz bunu bilmir. Amma bu məlumatı onlar bilməlidir”.

Əvvəlki məqalə

Baydendən gedər ayaq Kiyevə böyük jest

Sonrakı məqalə

Bu il Azərbaycana 1 milyon tona yaxın buğda idxal edilib