Ermənistan Qarabağı 30 il işğal altında saxladı. O torpaqlar kimindi? Azərbaycanlı qardaşlarımızın”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezident Adminstrasiyasında keçirilən tədbirdə bildirib.
Ərdoğan bir daha vurğulayıb ki, Azərbaycan öz gücü ilə işğalda olan torpaqlarını azad edib: “Biz də əlimizdən gələn dəstəyi verdik və artıq Qarabağ sahiblərinin əlindədir”.