Qarabağ atları Moskvada Beynəlxalq At Sərgisində- FOTO

Azərbaycanın Qarabağ atları Moskvada keçirilən XXI Beynəlxalq At Sərgisində nümayiş olunub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Sokolniki” Sərgi və Konqres Mərkəzində keçirilən “Ekviros” adlı sərgidə ilk dəfə olaraq Azərbaycanın qüruru olan nadir cins Qarabağ atları nümayiş olunub.

Qarabağ atlarının Moskvada keçirilən sərgiyə gətirilməsində göstərdiyi dəstək üçün Azərbaycanın Atçılıq idmanı Federasiyası, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Qarabağ atlarının populirizasiyası ilə məşğul olan “Unicorn Challange” kompaniyasına təşəkkür edilib.

“Aşırma” və “Solğun” adlı Qarabağ atları sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər.

Eyni zamanda sərgi iştirakçıları Qarabağ atları barədə ətraflı məlumat alıblar , habelə onlarla xatirə şəkli çəkdirə biliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda vəzifəli şəxs işdən çıxarılıb

Sonrakı məqalə

TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı keçirilir