“Qarabağ Azərbaycan ərazisidir və inşallah qiyamətə qədər belə qalacaq”- ƏRDOĞAN

Türkiyə Prezidenti Azərbaycan xalqını Zəfər Günü ilə bağlı təbrik edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında paylaşım edib.

“Qardaş Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş veteranlarımızı və şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ərazisidir və inşallah qiyamətə qədər belə qalacaq”, – deyə qeyd olunub.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Xankəndidə hərbi paradda ÇIXIŞI –

Sonrakı məqalə

“Qarabağ Azərbaycan bayrağı altında dinclik tapmağın sevincini yaşayır”