“Qarabağ erməniləri bu halda ASAN Xidmətdən sənəd ala bilər…” –Sədrdən AÇIQLAMA

Qarabağda yaşayan erməni əsilli şəxslərə vətəndaşlıq sənədlərinin verilməsi məsələsinə aydınlıq gətirilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açıqlama verib.

O bildirib ki, orada yaşayan vətəndaşlarımızla bağlı qərarı Azərbaycan dövləti verir: “Bununla bağlı hansısa qərar olacaqsa, biz də o qərarı icra edəcəyik. Erməni əsilli vətəndaşlarımızla bağlı ölkə başçısının dəqiq strateji baxışı var. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda artıq istər səyyar, istərsə də ASAN Xidmət təmin olunacaq ki, onlara sənəd verilsin”. (APA)

Əvvəlki məqalə

“Balığı at dənizə…”-

Sonrakı məqalə

“On minlərlə ölən var, bu itkilər Şoyqunun vicdanındadır”